ABŞ-də hava limanında təyyarə qəzaya uğradı - 2 ölü

abs-de-hava-limaninda-teyyare-qezaya-ugradi
Oxunma sayı: 293

ABŞ-nin Arizona ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, hadisə Marana hava limanında baş verib.

Belə ki, təyyarə uçuş-enmə zolağından çıxıb və partlayıb.  Hadisə nəticəsində 2 nəfər ölüb.

Hava limanında başqa heç bir təyyarəyə ziyan dəymədiyi bildirilir. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlayıb.