SEPAH ABŞ-yə məxsus daha bir PUA-nı vurdu

sepah-abs-ye-mexsus-daha-bir-pua-ni-vurdu
Oxunma sayı: 348

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazındakı Qəşm adası üzərində vurulduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, SEPAH-ın bəyanatında PUA-nın ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinə daxil olan müasir sistem vasitəsilə aşkar edilərək zərərsizləşdirildiyi bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında da Hörmüz boğazı üzərində ABŞ istehsalı olan MQ-9 tipli PUA-nın vurulduğu açıqlanmışdı.