ABŞ İrana qarşı hücumları artırmağı planlaşdırır

abs-irana-qarsi-hucumlari-artirmagi-planlasdirir
Oxunma sayı: 1144

“ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının miqyası və intensivliyinin artacağı gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalının jurnalisti Cim Skiutonun “X” sosial şəbəkəsində paylaşdığı məlumatlarda qeyd olunub.

Onun sözlərinə görə, Vaşinqton İrana qarşı artan intensivliklə bir neçə mərhələdən ibarət zərbələr planlaşdırıb:

“Yüksək rütbəli Amerika rəsmisi bildirib ki, hər hücum mərhələsi təxminən 1-2 gün davam edəcək. Bu mərhələlər arasında ordunun yenidən qruplaşması və endirilmiş zərbələrin effektivliyini (döyüş zərərini) qiymətləndirmək üçün qısa fasilələr veriləcək.

Mənbə deyib ki, bu plan həm də strateji elastikliyi nəzərdə tutur. Belə ki, hər mərhələdən sonra rəsmi Tehran nüvə ambisiyalarından əl çəkmək və ya digər güzəştlərə getmək istəyini nümayiş etdirərsə, ABŞ gərginliyi azaltmaq üçün diplomatik variantları masada saxlayır”.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ “Epic Fury” (Epik Qəzəb), İsrail isə “Roaring Lion” (Şirin nəriltisi) kod adlı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Prezident Donald Tramp bu addımın Amerika xalqını Tehrandan gələn birbaşa təhdidlərdən qorumaq məqsədi daşıdığını bəyan edib. Hazırda İranın 20-dən çox əyalətində hərbi hədəflərin vurulduğu, Tehranın isə raket və dronlarla cavab zərbələri endirdiyi bildirilir.