İrəvanda ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında rəsmi görüş başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
***
Tərəflər arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi haqqında saziş imzalanıb.
Qeyd edək ki, Vens və xanımının Ermənistana rəsmi səfəri fevralın 10-na qədər davam edəcək. ABŞ vitse-prezidentinin sabah Azərbaycana səfər edəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər