ABŞ Yaxın Şərqdəki vətəndaşlarına müraciət etdi

abs-yaxin-serqdeki-vetendaslarina-muraciet-etdi
Oxunma sayı: 482

ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə İdarəsi (“TravelGov”) Yaxın Şərqlə bağlı xəbərdarlıq yayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkə hesabında məlumat yerləşdirilib.

Müraciətdə regiondakı mövcud gərginlik səbəbindən təhlükəsizlik mühitinin mürəkkəb qaldığı və gözlənilməz gərginləşmə potensialının yüksək olduğu bildirilib.

Bəyanatda ABŞ vətəndaşlarına diqqətli olmaq tövsiyə edilib:

“Hazırda Yaxın Şərqdə olan amerikalı vətəndaşlar yüksək ehtiyatlılıq nümayiş etdirməli, uçuşların ləğvi, hava məkanının bağlanması və səyahət axsamaları ehtimalını nəzərə almalıdırlar. Regiona gələn və oradan gedən ABŞ vətəndaşları hava limanları və aviaşirkətlərin fəaliyyəti haqqında məlumatları diqqətlə izləməlidirlər”.

Diplomatik idarə, həmçinin İran və onu dəstəkləyən qrupların bütün dünya üzrə ABŞ obyektlərini, biznes qurumlarını və amerikalılarla bağlı məkanları hədəf ala biləcəyi barədə xəbərdarlıq edib.