Xəbər verdiyimiz kimi, bu gün 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Memorial Məzarlığı ziyarət edib.
“Qafqazinfo”nun məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavini - Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Vətən müharibəsi şəhidi Elvin Şükürlünün ailə üzvləri ilə görüşüblər. Onlar şəhidin qardaşı mayor Elnur Şükürlünün əkiz övladları ilə foto çəkdiriblər.
Qeyd edək ki, hazırda 2 aylıq olan körpələrdən birinə şəhid Elvinin, digərinə müharibə veteranı olan babası Azad Şükürlünün adı verilib.
Xatırladaq ki, leytenant E.Şükürlü Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb, Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşüb. Nəşi tapılaraq 2021-ci ilin yanvar ayında II Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Son xəbərlər
Son Xəbərlər