Böyükşor yolunda ağır qəza - Video

boyuksor-yolunda-agir-qeza
Oxunma sayı: 822

Bu gün saat 09:30 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Böyükşor gölünün üzərindən keçən yolun giriş hissəsində - paytaxtın mərkəzinə doğru olan istiqamətdə “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Tofaş” tamamilə yararsız hala düşüb, digər avtomobilə də xeyli zərər dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmamasına dair məlumat yoxdur.