Afra “A.B.İ.”yə vida edir

afra-abiye-vida-edir
Oxunma sayı: 625

Türkiyənin maraqla izlənilən serialı “A.B.İ.”nin baş rol ifaçısı Afra Saraçoğlu ekran işindən ayrılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, serialda vəkil Çağla obrazına həyat verən aktirsa 17-ci bölümdə layihəyə vida edəcək.

Qeyd olunub ki, ötən gün A.Saraçoğlunun vida səhnəsi çəkilib.

Xatırladaq ki, serialın baş rollarını Kenan İmirzalıoğlu və Afra Saraçoğlu canlandırır. “A.B.İ.” iyunun 23-də sezon finalına çıxacaq.