Ağcabədidə həyətyanı sahələri su basıb - Fotolar

agcabedide-heyetyani-saheleri-su-basib
Oxunma sayı: 1660

Ağcabədidə yüzə yaxın evin həyətini su basıb.

“Qafqazinfo”nun məlumatına görə, subasma hadisəsi Laçından olan keçmiş məcburi köçkünlər üçün Taxta körpü qəsəbəsində salınan 245 saylı qəsəbədə baş verib.

Yağan yağışlar nəticəsində yaşayış evlərinin həyətlərini və küçələri su basıb.

Hazırda FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb edilib.

Ziya Əmirxanlı