Ağdamda dağıdılmış evlərin daşlarından belə istifadə olunacaq

agdamda-dagidilmis-evlerin-daslarindan-bele-istifade-olunacaq
Oxunma sayı: 6492

Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Kompleksində xüsusi tağvari hasar tikiləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev deyib.

O, tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşlarından istifadə olunacağını bildirib:

“Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır”.