Ağdaşda 3 yük maşını toqquşdu - 3 nəfər öldü

agdasda-3-yuk-masini-toqqusdu
Oxunma sayı: 3345

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan 3 yük maşını toqquşub. Maşınlardan ikisi “Ford” digəri isə, “Şaqman” markalı olub.

İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, yaralılar var.

Yunis Quliyev