Ağır qəzada ata öldü, 5 yaşlı uşağı xəsarət aldı - Foto - Yenilənib

agir-qezada-ata-oldu-5-yasli-usagi-xesaret-aldi
Oxunma sayı: 1475

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, İrmaşlı kənd sakini 34 yaşlı Vüsal Rüstəmlinin idarə etdiyi “VAZ 2110” markalı avtomobil Şəmkir-Şiştəpə kənd yolunda qarşı tərəfdən hərəkət edən maşınla toqquşub.

Qəza nəticəsində V.Rüstəmli hadisə yerində ölüb. Onun avtomobildə olan 5 yaşlı oğlu Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, yanvarın 26-sı saat 22:50 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (3-ü kişi və 1-i qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin sıyrığı və küt travması diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Yunis Quliyev