Ağır qəzada ölən 48 yaşlı İbrahimin - Fotosu

agir-qezada-olen-48-yasli-ibrahimin
Oxunma sayı: 943

Xəbər verdiyimiz kimi, dünən Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, Qaragüney kəndində baş verən zəncirvari qəzada 48 yaşlı İbrahim Səxavət oğlu Qurbanov həlak olub.

Qeyd edək ki, hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobus “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərlə toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü İ.Qurbanov hadisə yerində ölüb.

Səkkiz nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.