İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi

italiyada-6300-mektebe-bomba-xeberdarligi-gonderildi
Oxunma sayı: 291

İtaliyada təxminən 6300 dövlət məktəbinə partlayıcı qurğu yerləşdirilməsi barədə elektron məktublar göndərilib.

“Qafqazinfo” bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara məlumat verib.

“Corriere della Sera” nəşrinin məlumatına görə, ölkədə fəaliyyət göstərən 7476 dövlət məktəbindən təxminən 6300-ü bomba xəbərdarlığı alıb. Özəl məktəblərə və böyüklər üçün təhsil mərkəzlərinə isə belə məktublar göndərilməyib.

Təhdidlərdən sonra bəzi məktəblərdə təxliyə həyata keçirilib. Lakin aparılan yoxlamalar nəticəsində bomba yerləşdirilməsi ilə bağlı məlumatların heç biri təsdiqini tapmayıb.

İtaliyanın Baş naziri Corca Meloni bildirib ki, indiyədək aparılan yoxlamalar real təhlükənin mövcudluğunu göstərən hər hansı fakt üzə çıxarmayıb. Onun sözlərinə görə, bu cür xəbərdarlıqların məqsədi əhali arasında təşviş yaratmaq ola bilər. Meloni hüquq-mühafizə orqanlarının vəziyyəti diqqətlə izlədiyini və məktəblərdə təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirlər görüldüyünü vurğulayıb.