“Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib.
Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyvə qəbulu qarın köpü və həzm pozuntusuna səbəb olur. Həkim bu cür yan təsirlərin səbəbini məhsulun tərkibindəki yüksək miqdarda şəkər və pəhriz liflərinin sinerjisi ilə izah edib.
Bundan əlavə, M.Cutova quru meyvələrin tərkibində kükürd dioksid və digər qida əlavələrinin ola biləcəyinə diqqət çəkib:
“Kükürd dioksid xüsusilə məhsulun rəngini saxlamaq və saxlanma müddətini uzatmaq üçün istifadə olunur. Çox vaxt bu maddənin icazə verilən miqdarı təhlükəsiz hesab olunsa da, həssas insanlarda, xüsusən də astma xəstələrində sulfitlər arzuolunmaz reaksiyalara səbəb ola bilər”.
Dietoloq əlavə şəkər və ya sirop qatılmış quru meyvələrlə bağlı da xüsusi xəbərdarlıq edib. Onun sözlərinə görə, belə məhsullarda kalorilik və sərbəst şəkərlərin miqdarı dəfələrlə yüksək olur. Bu isə artıq çəkiyə gətirib çıxarır, diabet və insulin müqaviməti olan şəxslər üçün isə son dərəcə təhlükəlidir.
“Quru meyvə alarkən mütləq tərkibini oxumaq lazımdır. Əgər məhsulda meyvənin özündən başqa şəkər, sirop və ya digər şirinləşdiricilər varsa, bu artıq təbii quru meyvə hesab olunmur”, - deyə mütəxəssis vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər