Hörmüzlə bağlı razılığa gəldilər

hormuzle-bagli-raziliga-geldiler
Oxunma sayı: 763

İran Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölünməsi sxemi ilə bağlı Omanla razılığa gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının statusu “müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq”. O vurğulayıb ki, bu müddəa əldə olunmuş razılaşmanın bir hissəsidir və Tehranın münaqişənin həlli üçün irəli sürdüyü yeddi şərtdən biridir.