Macarıstanda ölkənin keçmiş Baş naziri Viktor Orbanın kiçik qardaşı, sahibkar Aron Orban həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gerqo Bozo bildirib.
“Məhkəmə işdə iştirak edən bütün şəxslərə qarşı irəli sürülən şübhələrin əsaslılığına dair heç bir şübhə duymur. Məhkəmə belə qənaətə gəlib ki, onlar ölkədən qaça və ədalət mühakiməsindən yayınmağa cəhd edə bilərlər. Bundan əlavə, məhkəmə iddia olunan cinayətin ağırlığını, təqsir sübuta yetiriləcəyi təqdirdə mümkün olan ağır cəzanı, eləcə də şübhəlilərin geniş beynəlxalq əlaqələrə malik olmasını nəzərə alıb”, - deyə o bildirib.
Qeyd edək ki, A. Orban və onun ətrafındakılar Vyetnamdan Avropaya qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinirlər. Onlar, xüsusilə, ödəniş müqabilində Macarıstan səfirliklərində Şengen vizalarının verilməsinə şərait yaradıblar. Məhkəmənin məlumatına görə, Viktor Orbanın qardaşı 2024-cü ildə yüzdən çox şəxsə bu cür xidmətlər göstərib.
Son xəbərlər
Son Xəbərlər