Rusiya Xarici İşlər Nazirliyi ölkənin ABŞ-dəki səfiri Aleksandr Darçiyevin ölüm səbəbini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, 66 yaşlı diplomat Moskvada xroniki xəstəlikdən vəfat edib.
Zaxarova həmçinin səfirlə vida mərasiminin tarixi və yeri barədə məlumatın daha sonra açıqlanacağını deyib.
Xatırladaq ki, dünən Rusiya XİN A.Darçiyevin vəfat etdiyini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər