Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonunda yaşadığı evdə xəsarət alan qadın vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, aprelin 17-si 1970-ci il təvəllüdlü Sədaqət Əsgərova yaşadığı Binə qəsəbəsindəki evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş S.Əsgərova aprelin 24-ü orada ölüb.
Bildirilib ki, Sədaqət Əsgərova paytaxtdakı xəstəxanaların birində həkim kimi çalışırmış.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər