2 nəfər dəm qazından boğuldu

2-nefer-dem-qazindan-boguldu
Oxunma sayı: 733

Bakıda 30 yaşlı kişi dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Noyabrın 10-u saat 03 radələrində Quba rayon sakini 1996-cı il təvəllüdlü Rahim Mahir oğlu Yüzbaşıyev kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Oxşar hadisə Biləsuvarda da baş verib. 1960-cı il təvəllüdlü Arif Xıdır oğlu Şirinov yaşadığı Biləsuvar şəhəri M.Ə.Sabir küçəsindəki evin hamam otağından dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.