Ağsuda ağır qəza - Xəsarət alanlar var

agsuda-agir-qeza
Oxunma sayı: 350

Ağsuda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun, məlumatına görə, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində olub.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov