Almaniyanın Azərbaycandakı səfirindən ilk sərhəd dirəyinin quraşdırılmasına - Reaksiya

almaniyanin-azerbaycandaki-sefirinden-ilk-serhed-direyinin-qurasdirilmasina
Oxunma sayı: 3859

“Almaniya davamlı və ədalətli sülhə nail olmaq yolunda Azərbaycan və Ermənistanı dəstəkləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X”də paylaşıb.

“Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı quraşdırılıb. Bu, sülhə doğru daha bir görünən addımdır. Biz davamlı və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 2024-cü il aprelin 23-də Azərbaycan və Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.