“Angel's Cup” açıq turniri baş tutdu - Fotolar

angels-cup-aciq-turniri-bas-tutdu
Oxunma sayı: 1066

Noyabrın 18-19 tarixində “Sportsbox” idman klubunun təşkil etdiyi “Angel's Cup” açıq turniri baş tutub.

“Qafqazinfo” xəbər verir ki, turnirdə 8 ölkədən 400-ə yaxın idmançı öz gücünü sınayıb.

Açılış nitqində, “Sportsbox” idman klubunun direktoru Musayeva Leyla gələn qonaqları salamlayıb, əməkdaşlığın vacibliyini vurğulayıb. Turnirin direktoru Sevil Fərəcova isə mükəmməl təşkil olunan yarışdan, qarşılanmadan yerləşməyə, turnirdən sonra ölkəni tərk edənə qədər hər şeyin mükəmməl təşkil olunmasından danışıb.

İdmanın inkişafı naminə keçirilən belə turnirlərin sayının çox olması arzusu ilə bütün qonaqlar yenə ölkəmizə gəlmək istədiklərini bildirib.