Aprel döyüşləri və Vətən Müharibəsinin iştirakçısı olan gənc müəllim - Fotolar

aprel-doyusleri-ve-veten-muharibesinin-istirakcisi-olan-genc-muellim
Oxunma sayı: 1859

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Rəsul İbrahimlinin bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Rəsul Rasim oğlu İbrahimli 1992-ci ildə anadan olub.

2010-cu ildə Yardımlı rayon F.A.Masiyev adına Gavran kənd tam orta məktəbini bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb.
Hərbi xidməti zamanı 2016-cı ildə Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan müharibədə də yaxından iştirak edib.

İlk müəllimlik fəaliyyətinə 2018-ci ildə Yardımlı rayonu Ərsilə kəndində başlayan R.İbrahimli 2019-cu ildə Bakı şəhəri 255 nömrəli tam orta məktəbdə çalışıb.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəhbə bölgəsinə yollanan R.İbrahimli Füzuli, Qubadlı və Şuşa istiqamətlərinə gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək yaralanıb. Vətən müharibəsindəki şücaətinə görə o, “Qubadlının azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Vətən Müharibəsindən qayıtdıqdan sonra müraciəti əsasında iş yeri Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbə dəyişdirilib.

Aprel döyüşləri və Vətən Müharibəsində iştirak etməsini həyatının ən şanslı və xoşbəxt dövrü kimi səciyyələndirən gənc müəllim Vətənin bütövlüyü, azadlığı uğrunda aparılan haqq savaşında qazandığımız zəfərdən hər zaman yetirmələrinə fəxrlə danışacağını söyləyib.