Argentina Prezidentinə də vaksin vuruldu - Foto

argentina-prezidentine-de-vaksin-vuruldu
Oxunma sayı: 846

Argentina Prezidenti Alberto Fernandesə Rusiya istehsalı olan “Sputnik V” vaksini vurulub.

“Qafqazinfo”nun xəbərinə görə, Argentinanın Qida və Tibb Texnologiyası Milli Dərman Dairəsinin dünən yaydığı açıqlamada bildirilib ki, ölkədə 60 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır. Bu çərçivədə 61 yaşlı dövlət başçısına da vaksinin ilk dozası vurulub.

“Peyvənd olunmaq koronavirusa qarşı müqavimət göstərməyimizə xidmət edir, gəlin, vaksinasiyadan keçək”, - deyə prezident əhaliyə çağırış edib.

Qeyd edək ki, Argentinada koronavirusa yoluxma sayı 1 milyon 831 min 681-ə, virusdan ölüm sayı isə 46 min 216-ya yüksəlib.