Artıq bələdiyyələr də qrant alacaq

artiq-belediyyeler-de-qrant-alacaq
Oxunma sayı: 1668

Bələdiyyələr qrant ala biləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Qrant haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qanuna qrant sözü də əlavə edilir. Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı