“Aston Villa” finalda “Frayburq”a rəqib olur - Video

aston-villa-finalda-frayburqa-reqib-olur
Oxunma sayı: 406

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra finalçılar müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın “Frayburq” klubu doğma meydanda Portuqaliya təmsilçisi “Braqa”nı qəbul edib.

İlk görüşdə 1:2 hesabı ilə məğlub olan almanlar cavab matçında inamlı qələbə qazanaraq (3:1) adlarını finala yazdırıblar.

Digər yarımfinal qarşılaşmasında isə İngiltərə klubları üz-üzə gəlib. Səfərdəki ilk oyunda “Nottinqem Forest”ə minimal hesabla (0:1) uduzan “Aston Villa” öz meydanında darmadağınla qələbə qazanıb. Rəqibini 4:0 hesabı ilə üstələyən Birminhem təmsilçisi finala vəsiqəni təmin edib.

Qeyd edək ki, turnirin həlledici final matçı mayın 20-də İstanbulda keçiriləcək. Kubok uğrunda “Aston Villa” və “Frayburq” kollektivləri mübarizə aparacaqlar.