“Atalar üçün müəyyən edilən 14 günlük məzuniyyət ailənin maddi rifahının təmin edilməsi üçündür”.
“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Biz hazırda təcrübədə ataların 14 günlük ödənişsiz məzuniyyət hüququndan istifadə etdiyinə rast gəlməmişik. Hesab edirik ki, qanuna təklif olunan dəyişiklikdən sonra bu onların növbəti mərhələdə ödənişli olaraq məzuniyyətdən istifadə etmələrinə şərait yaradacaq”, - deyə F.Heydərov qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər