“Avroviziya”nın səhnəsi unikal dizaynda hazırlanıb - Fotolar

avroviziyanin-sehnesi-unikal-dizaynda-hazirlanib
Oxunma sayı: 2084

İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin səhnəsinin necə olacağı nümayiş etdirilib.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri SVT teleşirkəti yayımlayıb.

Səhnə xaç formasındadır və bu, unikal dizayn hesab olunur.

Qeyd edək ki, mahnı müsabiqəsi “Malmö Arena”da 7, 9 və 11 may tarixlərində keçiriləcək.