Avtobus sürücüsünü yumruqla vuran şəxs - Tutuldu

avtobus-surucusunu-yumruqla-vuran-sexs
Oxunma sayı: 1609

Paytaxtın Yasamal rayonunda taksi və avtobus sürücüsü arasında baş verən insident araşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 77-EP-331 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Zabit Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.