Avtoxuliqanlıq edən sürücünün kimliyi bəlli oldu - Video

avtoxuliqanliq-eden-surucunun-kimliyi-belli-oldu
Oxunma sayı: 3906

Sosial şəbəkələrdə “VAZ 2105” markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücünün görüntüləri yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı müəyyən edilib.

Qaydaları kobud şəkildə pozan sürücü isə Elvin Nəcəfovdur. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

İdarə bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırıb.