Axtarılan körpə su hovuzundan tapıldı - Yenilənib

axtarilan-korpe-su-hovuzundan-tapildi
Oxunma sayı: 8409

Astara rayonunda suda boğulma təhlükəsi ilə aşkarlanan uşaq rayon xəstəxanasına çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində olub.

Belə ki, kənd sakini 2024-cü il təvəllüdlü uşağı axtaran yaxınları onu su hovuzunda huşsuz vəziyyətdə tapıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 21:20 radələrində Astara rayonu Təngərüd kəndində 1 nəfər azyaşlı oğlan boğulma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Surxay Şahbazov