Almaniya Bundesliqasının 24-cü turunda keçirilən oyunda “Auqsburq”a 0:6 hesabı ilə uduzan “Darmştadt” klubunun azarkeşlərinin rəhbəri meydana daxil olaraq bütün komandanı danlayıb.
“Qafqazinfo” xəbər verir ki, onun bu hərəkəti sosial mediada gündəm olub.
Qeyd edək ki, “Darmştadt” hazırda 13 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.