“Ermənistana Azərbaycan ərazisi vasitəsilə taxıl daşınması müntəzəm hal alıb”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiya Dəmir Yollarının rəhbərinin birinci müavini Sergey Pavlov deyib.
O, 2025-ci ilin noyabrında Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin ləğv edilməsini və bunun ardınca uzun illər ərzində ilk dəfə Rusiyadan taxıl yüklü qatarın Ermənistana getdiyini xatırladıb.
“Hazırda daşınmalar müntəzəm xarakter alıb. Bu marşrut üzrə gələcəkdə də daşınmaları inkişaf etdirməyi planlaşdırırıq”, - Pavlov əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Həmin ilin noyabrın 5-də isə Rusiya taxılı Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb.
Son xəbərlər
Son Xəbərlər