Azərbaycan Maltaya qarşı - Canlı-Yenilənir

azerbaycan-maltaya-qarsi
Oxunma sayı: 3511

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

***

Komandaların start heyətləri bəlli olub:

Azərbaycan: 1. Emil Balayev 14. Elvin Bədəlov 15. Bədavi Hüseynov (k) 5. Anton Krivotsyuk 21. Qismət Alıyev 3. Elvin Cəfərquliyev 13. Emil Səfərov 20. Aleksey İsayev 17. Toral Bayramov 11. Xəyal Əliyev 10. Mahir Emreli

Malta: 25. Zammit 26. Evurum 10. Teuma 20. Çuref 23. Satariano 6. Qillaumyer (k) 16. Əl-Tumi 21. Korbalan 13. Pepe 5. Şou 14. Qarsiya

***

Matç başladı.