Avtoyuma məntəqəsində müştərinin 4 minlik boyunbağısını oğurladı

avtoyuma-menteqesinde-musterinin-4-minlik-boyunbagisini-ogurladi
Oxunma sayı: 545

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.