“Bavariya” Serjinyo Desti almaq istəyir

bavariya-serjinyo-desti-almaq-isteyir
Oxunma sayı: 288

Almaniyanın “Bavariya” klubu Niderlandın PSV komandasının və ABŞ yığmasının müdafiəçisi Serjinyo Desti transfer etmək niyyətindədir.  

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun transferi təxminən 25 milyon avroya baş tuta bilər.

Oyunçu 2024-cü ilin iyulundan PSV-də çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Serjinyo Dest 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.