“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”

azerbaycan-rusiya-ile-elaqelerin-inkisafindan-cox-razidir
Oxunma sayı: 1747

“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

Dövlət başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.