“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladzenin görüşü olub.
“Qafqazinfo” xəbər verir ki, “Gürcüstan Dövlət Elektrik Sistemi” ASC-nin direktoru Vano Zardiaşvilinin də iştirak etdiyi görüşdə iki ölkə arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə müasir rəqəmsal texnologiyalar, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, enerjisitemlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər