75 yaşlı kişi avtobusda öldü

75-yasli-kisi-avtobusda-oldu
Oxunma sayı: 972

Sumqayıt şəhərində marşrut avtobusunda ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 11 radələrində Hacı Zeynalabdin qəsəbəsində “İsuzu” markalı 10 “V” saylı xətt avtobusunda Abşeron rayon sakini 1951-ci il təvəllüdlü Əlişir Əşir oğlu Əliyevin halı qəfil pisləşib. O, oradaca vəfat edib.

Sərnişinin infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.