1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının I müavini Emil Abbasov, deputatlar - Aydın Hüseynov, Zaur Şükürov və Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Sosial Ehtiyacların Qiymətləndirilməsi üzrə Mərkəzi Filialının müdir müavini Xəyalə Qəmbərova, şəhid ailələri və müharibə əlillərinin övladları iştirak ediblər.
Çıxış edən Emil Abbasov çıxışında ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından bəhs edib. Daha sonra çıxış edənlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzuladıqlarını bildiriblər.
Tədbir bayram konserti ilə davam etdirilib. Cizgi filmi personajlarının, klounların şən zarafatları bayram ovqatını daha da artırıb, rəqslərə qoşulan, məharətlərini göstərən uşaqlar hədsiz sevinib.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.









Son xəbərlər
Son Xəbərlər