23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır

23-yasli-qiz-binadan-yixildi-veziyyeti-agirdir
Oxunma sayı: 734

Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib.

2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.