Azərbaycan vətəndaşı Dağıstanda qəzada öldü

azerbaycan-vetendasi-dagistanda-qezada-oldu
Oxunma sayı: 668

Rusiyanın Dağıstan Respublikası ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yanvarın 18-də “Həştərxan-Mahaçqala” yolunun Tarumov rayonu ərazisindən keçən hissəsində Azərbaycan vətəndaşı olan 73 yaşlı şəxsin idarə etdiyi “KIA Spectra” markalı avtomobil qarşı zolağa çıxıb və Özbəkistan vətəndaşının idarə etdiyi “MAN TGS” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “KIA”nın sürücüsü hadisə yerində vəfat edib.

Hadisənin detalları araşdırılır.