Azərbaycanda 5 bal gücündə zəlzələ oldu - Yenilənib

azerbaycanda-5-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 21937

Azərbaycanın bir sıra rayonlarında zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, yeraltı təkanlar Mərkəzi Aran və cənub zonasında daha çox hiss olunub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Zəlzələ yerli vaxtla 22:05-də baş verib.

***

Respublika Seysmoloji Xidmət rkəzi zəlzələ ilə bağlı yeni məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Nefçala rayonlarında 4-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudasının 5 bal, dərinliyinin 61 km olduğu qeyd olunub.