Azərbaycanda bizneslər niyə nəticə görmür? - “AzPlus”un direktoru Aynurə Azayeva

azerbaycanda-biznesler-niye-netice-gormur
Oxunma sayı: 1488

Rəqəmsal dövrdə şirkətlərin sosial mediada aktiv olması artıq seçim deyil, zərurətdir. Lakin bir çox bizneslər hələ də SMM və rəqəmsal marketinqdən real nəticə əldə edə bilmir. Bunun əsas səbəbləri nələrdir?

Bu barədə “AzPlus” Marketinq Agentliyinin direktoru Aynurə Azayeva danışıb.

Onun sözlərinə görə, bazarda ən böyük problemlərdən biri strategiyasız kontent istehsalıdır: “Bir çox şirkət sadəcə paylaşım edir, amma məqsəd yoxdur. Kontent planı satışa yönəlməlidir. Əgər kontent müştərini qərar verməyə yaxınlaşdırmırsa, o sadəcə vizualdır, nəticə gətirmir”.

A. Azayeva qeyd edib ki, müasir marketinqdə əsas fərq yaradan amil analitika və düzgün hədəfləmədir: “Reklam xərcləmək kifayət deyil. Hər manatın geri dönüşü ölçülməlidir. Biz AzPlus olaraq hər layihəyə satış funnel-i ilə yanaşırıq – istifadəçinin ilk toxunuşdan alışa qədər olan bütün yolu planlaşdırılır”.

Direktorun sözlərinə görə, xüsusilə Azərbaycanda bir çox biznes hələ də köhnə yanaşmalarla işləyir: “Əvvəllər sadəcə gözəl dizayn kifayət edirdi. İndi isə istifadəçi davranışı dəyişib. Kontent həm diqqət çəkməli, həm etibar yaratmalı, həm də satışa aparmalıdır”.

Aynurə Azayeva bildirib ki, düzgün qurulmuş marketinq sistemi biznes üçün xərc deyil, investisiyadır: “Əgər marketinq sizə müştəri gətirmirsə, deməli sistem düzgün qurulmayıb. Bizim məqsədimiz sadəcə kontent hazırlamaq yox, biznesə real nəticə qazandırmaqdır”.

Qeyd edək ki, “AzPlus” Marketinq Agentliyi müxtəlif sahələr üzrə şirkətlərlə çalışaraq onların brend mövqeyini gücləndirir və satışlarını artırmağa yönəlmiş həllər təqdim edir. Agentlik SMM, video və foto istehsalı, PR xidmətləri, reklam idarəetməsi və brendinq sahəsində kompleks xidmətlər göstərir.

Daha ətraflı məlumat üçün linkə keçid ala bilərsiniz. 

Telefon: (010) 105 70 12; (050) 201 93 08