Azərbaycanda ilk dəfə tam elektrikli Pikap

azerbaycanda-ilk-defe-tam-elektrikli-pikap
Oxunma sayı: 4915

Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan Efendiler Group Geely Holding Group-a məxsus olan RADAR Auto şirkəti ilə distribütorluq müqaviləsi imzaladı.

Beləki, RADAR Auto şirkəti dünyada yeganə tam elektrikli, pikap gövdəli avtomobil istehsalçısıdır. RD6 modeli, ən son texnoloji üstünlüklər ilə təchiz olunub. İstənilən hava və yol şəraitində özünü doğruldan bu model 86 kWh batareya ilə təchiz olunub. Bu da tam şarj ilə 550 km məsafə qət etmək imkanı verir. Bu modelin uzunluğu 5260 santimetr, eni 1900 santimetr və hündürlüyü isə 1865 santimetrdir. Yükdaşıma hissəsi 1200 litr həcmindədir.

58500 AZN-dən başlayan qiymətlərlə RD6 modelinin yaxın zamanda Azərbaycanda satışlarına start veriləcək. Avtomobil bazarında pikap gövdəli modellərin qiymətlərini nəzərə alsaq, tam elektrikli və qənaətcil RD6 modelinin əlçatan qiyməti pikap sevənlər üçün sevindirici bir haldır.

Bundan əlavə RADAR Auto gələcəkdə də öz yeni model sıralaması ilə Azərbaycan avtomobil bazarında da yeniliklərə imza atacaq.