Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video - Yenilənib

azerbaycanin-irandaki-sefirliyine-silahli-hucum-olen-var
Oxunma sayı: 19067

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb.

Həmçinin oxuyun: При нападении на посольство, дети нападавшего были с ним - Первое заявление Ирана

Hücum nəticəsində bir nəfərin həlak olduğu, daha bir nəfərin isə yaralandığı bildirilir.

***

“Mouze” teleqram kanalının məlumatına görə, hadisə bu gün səhər saat 8:30 radələrində baş verib.

Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

Hücum edən şəxs saxlanılıb. İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

***

“Caliber” xəbər verir ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.

***

Azərbaycan XİN-in məlumatına görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.