“Azeri Light” ucuzlaşdı

azeri-light-ucuzlasdi
Oxunma sayı: 972

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,06 dollar və ya 0,07% azalaraq 82,62 ABŞ dollarına enib.

Xatırladaq ki, ötən gün neftimiz 82,68 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.