“Azəriqaz”ın baş direktoru Xızıda vətəndaş qəbulu keçirdi - Fotolar

azeriqazin-bas-direktoru-xizida-vetendas-qebulu-kecirdi
Oxunma sayı: 258

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Xızı rayonunda baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Birlik rəhbəri Xızı ilə yanaşı, Siyəzən, Xaçmaz və digər ətraf rayonlardan qəbula üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Sumqayıt və Xaçmaz Regional qaz istismarı İdarələrinin rəhbərliyinə müvafiq tapşırıq verilib.