İngiltərədə dəhşətli qatar qəzası - Maşinist öldü, 89 yaralı var - Video

ingilterede-dehsetli-qatar-qezasi
Oxunma sayı: 840

İngiltərənin mərkəzində Bedford şəhəri yaxınlığında iki qatar toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Daily Telegraph” məlumat yayıb.

Yerli vaxtla 17:15-də baş verən qəza nəticəsində xəsarət alanların olduğunu bildirir.

***

“CBS News”un məlumatına görə, Böyük Britaniyada iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 1 nəfər həyatını itirib, 89 nəfər isə yaralanıb.

Britaniya Nəqliyyat Polisi hadisənin Londonun şimalında, paytaxtdan təxminən 56 mil aralıda yerləşən Bedford şəhəri yaxınlığında baş verdiyini açıqlayıb.

Şərqi İngiltərə Təcili Yardım Xidmətinin məlumatına görə, yaralılardan 11-nin vəziyyəti kritik, 22 nəfərin ağır, 56 nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

Rəsmilər ölən şəxsin qatar maşinisti olduğunu təsdiqləyib.

Qəza yerinə 20-dən çox təcili yardım briqadası, 6 hava təcili yardım helikopteri və xüsusi xilasetmə qrupları cəlb olunub. Polis hadisəni “böyük insident” kimi qiymətləndirib.

Yayılan görüntülərdə toqquşmadan sonra vaqonların zədələndiyi, sərnişinlərin isə relslər üzərində kömək gözlədiyi görünür. Şahidlər hadisəni “güclü partlayışa” bənzədərək içəridə tüstü və ciddi panika yaşandığını deyiblər.

Dəmir yolu operatorları Luton-Bedford xəttində hərəkətin dayandırıldığını, istintaqın başladığını və mütəxəssislərin hadisə yerində araşdırma apardığını açıqlayıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.